Mətbəx Mebeli

Real layihə: 5,50 × 2,90 m ağ MDF membran mətbəx

Laminat korpus, MDF membran fasadlar və KEL mexanizmlərlə hazırlanmış mətbəx layihəmizin fotolarına, texniki məlumatlarına və 280 AZN/m² qiymətinin əhatəsinə baxın.

Real layihəni və qiymət izahını açın

Bakıda ölçüyə uyğun mətbəx mebeli

Levent Mebel mətbəxinizin ölçüsünə və istifadə ehtiyacınıza uyğun fərdi mebel layihələri hazırlayır. Kolleksiyada müasir və klassik üslubda mətbəx dolabları, L-formalı və ada tipli dizayn nümunələri ilə tanış ola bilərsiniz.

Məkanınızın ölçüsünü və şəklini göndərin. Dolabların düzülüşü, rəng, material, dəzgah və komplektasiya sifarişdən əvvəl sizinlə dəqiqləşdirilir. Qiymət seçilən ölçü və komplektasiyaya görə hesablanır.

WhatsApp ilə ölçü göndərin və təklif alın və ya +994 50 590 91 04 nömrəsinə zəng edin.

İnteryerinizə uyğun fərdi mətbəx layihəsi

Mətbəxinizdə fərdi dizayna, material seçiminə və detallara önəm verirsinizsə, bəyəndiyiniz üslubu, rəngləri və istifadə ehtiyaclarınızı bizimlə paylaşın. Ada, şüşəli vitrin, işıqlandırma və saxlama həllərinin layihəyə uyğunluğu sifarişdən əvvəl müzakirə olunur.

Fərdi təklif üçün məkanın ölçülərini, fotolarını, bəyəndiyiniz modeli və layihəyə ayırdığınız büdcə aralığını WhatsApp ilə göndərin. Material, furnitura və komplektasiya seçimlərini dəqiqləşdirərək təklifi müqayisə edin.

Mətbəx mebeli sifarişi barədə suallar

İlkin qiymət təklifi üçün hansı ölçüləri göndərim?

Divarların uzunluğunu, tavan hündürlüyünü, qapı və pəncərələrin yerini qeyd edin. Su, qaz, elektrik çıxışları və soyuducu, soba, qabyuyan kimi texnikanın ölçülərini də göndərin. Məkanın fotosu uyğun dolab düzülüşünü seçməyə kömək edir.

Göstərilən qiymət bütün mətbəxə aiddir?

Hər məhsulun qiymət izahını ayrıca yoxlayın: məbləğ kvadrat metrə və ya konkret komplektasiyaya aid ola bilər. Ümumi qiymət ölçü, material, dəzgah və furnitura dəqiqləşdirildikdən sonra fərdi təklifdə göstərilir. Texnika, işıqlandırma, çatdırılma və quraşdırmanın daxil olub-olmadığını sifarişdən əvvəl təsdiqləyin.

L-formalı, düz və ya ada tipli mətbəx necə seçilir?

Seçim otağın ölçüsündən, keçid sahəsindən və texnikanın yerləşməsindən asılıdır. Bəyəndiyiniz modelin fotosunu məkanın ölçüləri ilə birlikdə göndərin; layihənin uyğunlaşdırılması və yekun komplektasiya ayrıca razılaşdırılır.

Digər otaqlar üçün fərdi mebel sifarişi və qarderob modellərinə baxın.

Levent Mebel haqqında · Bakı ünvanımız, iş saatları və əlaqə məlumatları

Sonuçlar listesine geç

Etkin filtreler:

32 ürün
Sütun ızgarası
Sütun ızgarası

Filtrele

Etkin filtreler: